AZ

Cinema Radio Kino Radio Kanalı Bakıdan Los Angelesə qədər dalğalar... » AzadMedia.az

Cinema

‘’Cinema Radio’’ Kino Radio Kanalı 2019-cu ildə AzerNyuMedia Şirkəti tərəfindən təsis edilib. Kino radio Kanal Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri Real FM-də yayımlanır. Kino Radio Kanal ‘’Özgə Cinema’’, ‘’Doğma Cinema’’, ‘’Dost Cinema’’ və ‘’Qazan Cinema’’ kimi rubrikaları özündə birləşdirir. Azərbaycan kinosunun müasir tendensiyalarla ayaqlaşması, yeni standartları qəbul emtəsi istiqamətində və tətbiq etməsi baxımından bu gün ‘’Cinema Radio’’ hansı funksiyanı yerinə yetirir? AzerNyuMedia Şirkətinin direktoru, ‘’Cinema Radio’’ Kino Radio Kanalının qurucusu və rəhbəri, Avropa Kino Akademiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü Kamran Qasımovla söhbətləşdik.

Kamran bəy, ‘’Cinema Radio’’ Kino Radio Kanalı hansı zərurətdən yarandı?

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti ‘’Milli Kino Konsepsiyası’’nın hazırlanması ilə bağlı sərəncam imzaladı. Bu Azərbaycan kinosunda yeni mərhələnin başlanması üçün zəmin oldu. Hələ onu deyim ki, 2015-ci ildə mən Kanadada olarkən, avtomobildə ‘’Cinema Radio’’ adlı proqramı dinləyirdim. O zamandan bəri beynimdə analoq layihəni yaratmağı düşünürdüm. İllər sonra bu ideyanı AzerNyuMedia Şirkətində gerçəkləşdirdim. Nəzərə alaq ki, dünyada belə formatlar var. Hətta ABŞ-də belə bu formatın analoqu olan ‘’Disney’’ Radio fəaliyyət göstərir. Biz bu işə Mədəniyyət Nazirliyinin dəstəyi ilə başladıq. İlk efir tariximiz 20 iyul, 2019-cu ildə baş tutdu. Bu layihəyə viktorinanı da əlavə etdik və CineMasterKard Kinoteatrlar Şəbəkəsi elə həmin tarixdən etibarən əsas tərəfdaşımıza çevrildi. Bu bizə imkan verdi ki, dinləyici auditoriyamızı genişləndirək. Mən bir faktı da deyim. Amerika Birləşmiş Ştatlarında ötən əsrin 50-ci illərində bir ənənə vardı. Açıq səmada, xüsusilə Kalifirniyanın cənub şəhərlərində kinoteatrlar vardı. Bunlara avtocinemalar deyirlirdi. İnsan avtomibilləri ilə gəlib həmin meydançada dayanır, filmi avtomobildən düşmədən seyr edir, filmin səsinə maqnitola ilə dağlalar vasitəsilə qulaq asırdılar. Hərdən radio stansiyada aparıcı seyr ediləcək filmi elan edirdi. O dövr üçün bu mütərəqqi hadisə, yenilik idi.

Mədəniyyət Nazirliyi bu günə qədər ‘’Cinema Radio’’ Kino Radio Kanalını dəstəkləyir. Bunu layihəni dövlət dəstəyi alan uzunmüddətli layihə hesab etmək olarmı?

Əlbəttə. Onu da qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyi tərəfindən son üç ildə çox mütərəqqi proseslər həyata keçirilir. Mədəniyyətə baxış bucağı dəyişib. Effektiv islahatlar nəticəsində bu gün mədəniyyət daha çevik və prarmatik bir prosesə çevrilir. Xüsusilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş ‘’Mədəniyyət 2040’’ konsepsiyası inqilabi sənəddir. Yəni özüm ondadır ki, ‘’Cinema Radio’’ Azərbaycan mədəniyyəti, kino sənətinin peşəkar təbliğini həyata keçirir. Bu istiqamətdə Nazirliyin media və kommunikasiya şöbəsi ilə dəqiq və effektiv koordinasiyada işləyirik. Mən fürsətdən istifadə edib, Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Adil Kərimliyə dərin minnərdalığımı ifadə edirəm.

‘’Cinema Radio’’nun müsahibləri, çağırılan qonaqlara gəlin nəzər salaq. Necə müəyyən olunur?

Bilirsiniz, adətən televiziya və qismən də radio məkanında ‘’Cinema Radio’’ya qədər yayımlanan proqramlarda biz açıq müzakirələr görmürdük. Düzdür istisnalar var var idi və bu gün də var. Bizdə ənənə var, yalnız sovet dövründə çəkilmiş filmlərimizə xiffət edək və bu proqramlarda öz əksini tapır. Biz istəyirik ki, Cinema Radio gələcəkdə tədqiqat mənbəyinə çevrilsin. Məsələn həftənin kino hadisəsi əlbəttə ki, əsas götürülür. Qonaq da həmin hadisə ilə əlaqədar dəvət olunur. Biz konkret müzairə aparırıq, axı bu həm də açıq mikrofondur. Nəzərə alaq ki, həm də əcnəbi qonaqlarımız olur.

Elə onu deyəcəkdim, ötən səhv etmirəmsə, Los Angelesdən hazırladığınız buraxılışlarınız olmuşdu.

Bəli, mən jurnalistika fəaliyyətimlə əalqədar 7 ay Amerika Birləşmiş Ştatlarında, Kaliforniyada yaşamışam. Daha dəqiq desəm Los Angelesdə. Mən oranı hər zaman dünya kinosunun paytaxtı hesab edirəm. Orada olarkən, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasınan bir neçə buraxılışımız oldu. Bundan savayı Los Angelesdə çalışan Rafiq Puyyə, Rüstəm Vəkilovla müsahibələr etdik. Onu da qeyd edim ki, müsahibələrin artıq videoları da yaylmlanır. Nazirliyin Media və Kommunikasiya şöbəsinin təşəbbüsü ilə 2 il öncə ‘’Cinema Radio’’ qismən vizuallaşdırılmasına başladıq. Müsahibələri Mədəniyyət Nazirliyinin, eləcə də Azernyumedia şirkətinin sosial şəbəkə hesablarında izləyə bilərsiniz. Hətta radioda yayımlanan audioreportajların hərdən vizual versiyalarını da təqdim edirik. Bir daha Los Angelesə qayıtmaq istəyirəm. Bax deyirsiniz ki, orada buraxılışları hazırlamışıq. ‘’Cinema Radio’’ bütün varlığı ilə kinodur və elə öz dünya kinosunun paytaxtına gəlmək onu daha da qüvvətləndirdi. Biz beynəlxalq təcrübəni hər zaman əsas götürmüşük. Odur ki, Los Angeles dönəmi ‘’Cinema Radio’’ üçün mühüm əhəmiyyət kəsb edir. Bu proses davam edəcək. Tək Los Angelesdə yox, Berlində də, Roma da və başqa şəhərlərdə də...

Müasir Audiovizual Baxış Mükafatının taleyi necə olacaq?
Bəli, ‘’Cinema Radio’’ Kino Radio Kanalı 2019-cu ildən etibarən beş dəfə bu mükafatı təqdim etdi. Bu günə qədər Emil Quliyev, Azər Aydəmir, Qulu Əsgərov və digərləri ‘’Müasir Audiovizual Baxış’’ Mükafatına layiq görülübülər. Ötən il müəyyən səbəblərdən mükafatı təqdim edə bilmədik. Amma bu il mükafatı təqdim edəcəyik. Sayca 6-cı olacaq. Əsas meyar olaraq il ərzində ‘’Cinema Radio’’da qonaq olmuş və kino hadisəsini yaratmış şəxslər götürüləcək. Təbii ki, kriteriyalar genişdir, amma əsas olanı qeyd etdik.


Kamran bəy, ‘’Cinema Radio’’ kino sahəsində peşəkar ictimai fikir formalaşdıra bilibmi?

Düşünürəm ki, bəli. Bu format artıq kluba çevrilib və bütün parametrləri ilə. İnanın kinematoqrafçılar ‘’Cinema Radio’’nu açıq mikrofon hesab edirlər. Biz qərəzdən uzaq, dəqiq informasiya mühiti formalaşdırmağa çalışırıq. Məlumatlar dəqiq çatdırılmalı, müzakirələr obyektiv olmalıdır. Biz qeyri-obyektivlik və qeyri-peşəkarlıqdan uzaqıq. Mövqeyimiz belədir, kinomuza dəstək olmaq. Audiovizual mühiti daha da təşviq etmək. Bu təkcə podkast deyil, istiqamətləndirmədir. Biz ümid edirik, inanırıq ki, ‘’Cinema Radio’’ davamlı və dayanıqlı olacaq. Tam səmimi və mübaliğəzi deyirəm, biz kino mühitimiz üçün kiçik bir brend yaratmışıq və bundan qürur duyuruq.

Kamran bəy, təşəkküt edirik.

Diqqətinizə görə mən təşəkkür edirəm.





Seçilən
1
3
azadmedia.az

4Mənbələr