AZ

Qətər üzərində İran raketi zərərsizləşdirilib

İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq İsrailə qarşı ballistik raket hücumuna başlamasından sonra, Qətər bir İran raketini vurduqlarını və hava məkanını bağladıqlarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Qətər Müdafiə Nazirliyi bildirib ki, İrana məxsus bir raket “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Təhlükəsizlik tədbirləri gücləndirilib və bölgədə vəziyyətin diqqətlə izlənildiyi vurğulanıb.

Ekspertlər hesab edirlər ki, regionda gərginliyin artması Yaxın Şərqdə təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Beynəlxalq ictimaiyyət tərəfləri təmkinli olmağa və vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırır.

Seçilən
9
cebheinfo.az

1Mənbələr