Tehranda partlayışlar baş verib.
Azreform.info “Mehr”ə istinadən xəbər verir ki, şənbə günü səhər Tehranın mərkəzində bir neçə güclü partlayış baş verib.
“Press TV”nin məlumatına görə, İsrail İran ərazisinə zərbələr endirib.
İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, "İsrail İrana qarşı qabaqlayıcı zərbə endirib".
"İsrail Dövlətinə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı hücum təşkil etdi", - deyə o bildirib.
Nəşrin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Komandanlığı mülki şəxsləri bomba sığınacaqlarına yaxın durmağa çağırarkən, İsraildə həyəcan siqnalları eşidilir.
Bəyanatda deyilir ki, təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, mülki şəxslər yaxınlıqlarında hansı optimal sığınacağın olduğunu bilməli və lazımsız səyahətlərdən çəkinməlidirlər.
İsrail Müdafiə Qüvvələri bildirib ki, profilaktik həyəcan əhalini ərazimizə mümkün raket hücumlarına hazırlamaq üçündür.
İsrail ordusunun məlumatına görə, hazırda sığınacaqlara ehtiyac yoxdur.
Mürtəza