Türkiyə liqasında futbol matçlarına mərc etməklə bağlı qalmaqal yaşanır.
Publika.az xəbər verir ki, “Sabah” qəzetinin məlumatına görə, Türkiyə Super Liqasının ən yaxşı klublarından iki oyunçu istintaq altındadır.
Söhbət “Fənərbağça”nın kapitanı Mert Hakan Candaş və “Qalatasaray”ın futbolçusu Metehan Baltaçıdan gedir. Mənbələrə görə, Yandaş 17 ilə, Baltaçı isə 13 ilə qədər həbs cəzası ala bilər.
İstintaq Baltaçının “Qalatasaray”ın “Rizespor” (mart 2021) və “Göztepe” (aprel 2021) ilə oyunlarına mərc etdiyini müəyyən edib. O, əsas heyətdə olmasa da, heyətdə idi və nəzəri olaraq meydana çıxa bilərdi. Mərc edərkən peşəkar statusu barədə bukmekerlərə məlumat verməyib.