AZ

Şamaxı dünəndən bəri 7 ci dəfə SİLKƏLƏNDİ

ain.az, Baku.ws saytına istinadən bildirir.

Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.

Daha əvvəl maqnitudası 3,6 olan iki zəlzələ yerli vaxtla saat 02:01 və 03:38-də, maqnitudası 3 olan zəlzələ isə yerli vaxtla saat 00:36-da qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
17
baku.ws

4Mənbələr