AZ

Zelenski: Müttəfiqlər nüvə silahı təklif etsəydi, məmnuniyyətlə qəbul edərdim

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Böyük Britaniya və Fransadan nüvə silahı təklifi gəlsəydi, bunu məmnuniyyətlə qəbul edərdi, lakin belə bir təklif olmayıb.

APA xəbər verir ki, o, bu barədə "Sky News"a müsahibəsində danışıb.

“Mən Böyük Britaniya və Fransadan nüvə silahını məmnuniyyətlə qəbul edərdim, amma belə təklif olmayıb. Məmnuniyyətlə qəbul edərdim. Ruslar bilməlidirlər ki, əgər kimsə istəsəydi... Amma bu baş vermir”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya kəşfiyyatı Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı və onun daşıyıcı vasitələrinin verilməsi üzərində işlədiyini iddia etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
4
apa.az

5Mənbələr