Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 23-cü turun oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda öz meydanında “Spartak Varna”nı qəbul edib. Matç Cəlalın komandasının qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşün taleyini həll edən yeganə qolu 56-cı dəqiqədə Antonio Vutov vurub.
Matça ehtiyat oyunçular skamyasından başlayan Hüseynov 74-cü dəqiqədə məhz Vutovun əvəzinə meydana çıxıb.
Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Arda” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.