AZ

Tramp federal qurumlara Anthropic texnologiyalarından istifadəni dayandırmağı tapşırıb

BAKI, 28 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp federal qurumlara Anthropic şirkətinin texnologiyalarından istifadəni dayandırmaq barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

“ABŞ hökumətinin hər bir federal qurumuna göstəriş verirəm ki, "Anthropic" şirkətinin texnologiyalarından hər hansı istifadəyə dərhal son qoysun”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Pentaqon da daxil olmaqla şirkətin məhsullarından istifadə edən qurumlar üçün altı aylıq keçid dövrü müəyyən ediləcək. Bu müddət ərzində qurumlar "Anthropic" texnologiyalarının istifadəsini mərhələli şəkildə dayandırmalıdır.

Daha əvvəl "Axios" portalı yazmışdı ki, Pentaqon "Anthropic" şirkəti ilə əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir. Buna səbəb şirkətin süni intellekt modellərinin hərbi məqsədlərlə istifadəsi ilə bağlı fikir ayrılıqlarıdır.

"The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ hərbçiləri "Anthropic" tərəfindən hazırlanmış "Claude" adlı süni intellekt modelindən Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında istifadə ediblər.

Seçilən
49
teleqraf.com

1Mənbələr