AZ

Boliviyada pulla dolu hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi La-Pas yaxınlığındakı El-Alto şəhərində qəzaya uğrayıb.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli televiziya kanalları xəbər yayıb.

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules" təyyarəsi cümə axşamı paytaxt La-Pas yaxınlığındakı El-Alto şəhərinin prospektində qəzaya uğrayıb.

Yerli mediada yayımlanan video görüntülərdə təyyarənin ciddi ziyan gördüyü görünür.

Daha sonra "Unitel" televiziya kanalı qəzada ən azı 15 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını bildirib. Öz növbəsində, Boliviya yanğınsöndürmə xidmətinin rəisi Pavel Tovar televiziyada hadisə nəticəsində bütün heyət üzvlərinin öldüyünü bildirib.

Həkimlər və yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər.

"C-130 Hercules" təyyarəsinin qəza zamanı bir neçə nəqliyyat vasitəsi ilə toqquşduğu bildirilib. İlkin məlumatlara görə, təyyarə Boliviya Mərkəzi Bankı üçün nağd pul daşıyırmış. Qəza baş verən ərazinin ətrafına çoxlu sayda insan toplaşaraq əskinasları yığmağa çalışıb.

Seçilən
43
1
far.az

2Mənbələr