Misli Premyer Liqasının XXII turunda "Zirə" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib.
Sportinfo.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada "qartallar" 1:0 hesablı qələbə qazanıblar.
67-ci dəqiqədə Ayron Qomis meydan sahiblərini cəzalandırıb.
"Zirə" bu qələbə sayəsində xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlinin dördüncü pilləsində möhkəmlənib. "Araz-Naxçıvan" isə 33 xalla beşincidir.
"Araz-Naxçıvan" - "Zirə"0:1