AZ

Qazaxıstan Baş Prokurorluğu Epşteynin ölkə rəsmiləri ilə mümkün əlaqələrini yoxlayır

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan Baş Prokurorluğu yerli məmurların amerikalı maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələri barədə araşdırmalara başlayıb.Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Agentliyin məlumatına görə, həmçinin Ceffri Epşteynlə keçmiş baş nazir və Respublika Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimovla ehtimal olunan əlaqələri ilə bağlı da araşdırmalar aparılır."Həm Baş Prokurorluq, həm də digər idarə orqanları bu faktları - baş verib-verməməsindən asılı olmayaraq yoxlayır", - deyə Baş prokuror Berik Asılov jurnalistlərə bildirib. Epşteyn və Məsimov arasında ehtimal olunan əlaqələrin müəyyən edilməsi üçün iş aparılıb-aparılmadığı ilə bağlı suala cavab olaraq o bildirib ki, ilkin araşdırma başlayıb.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
newscenter.az

1Mənbələr