AZ

Yaşıl və bənövşəyi xətlərin tikintisi müzakirə edilib

ain.az, Avtosfer saytına istinadən bildirir.

"Bakı Metropoliteni" QSC Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) ilə Bakı metrosunun "yaşıl" və "bənövşəyi" xətlərinin tikintisini müzakirə edib.

Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, müzakirələr "Bakı Metropoliteni" QSC ilə AIIB və ADB nümayəndə heyətləri arasındakı geniş tərkibdə işgüzar görüşlərdə aparılıb.

Məlumata əsasən, 5 gün davam edən müzakirələrdə metropolitenin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin 2-ci mərhələsi, "yaşıl" və "bənövşəyi" xətlərin tikintisi, yeni stansiyaların inşasına hazırlıq və növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Metropolitenin genişləndirilməsi istiqamətində həyata keçirilən bir sıra tədbirlərin beynəlxalq kreditlər hesabına maliyyələşdirilməsi üzrə danışıqlar davam etdirilir.

Qeyd edilib ki, görüşlərdə həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, AZCON Holding və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
avtosfer.az

1Mənbələr