AZ

UEFA Konfrans Liqasında 1/8 final cütləri bəlli oldu

UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

90deqiqe.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilib.

Püşkün nəticəsinə əsasən, Türkiyə təmsilçisi “Samsunspor” 1/8 finalda İspaniya klubu “Rayo Valyekano” ilə üz-üzə gələcək.

Mərhələnin digər cütləri isə belədir:

“Lex” (Polşa) – “Şaxtyor” (Ukrayna)

“Kristal Pelas” (İngiltərə) – AEK (Larnaka, Kipr)

“Siqma” (Çexiya) – “Maynts 05” (Almaniya)

AZ (Alkmar, Niderland) – “Sparta” (Çexiya)

“Fiorentina” (İtaliya) – “Rakuv” (Polşa)

“Sele” (Sloveniya) – AEK (Yunanıstan)

“Riyeka” (Xorvatiya) – “Strasburq” (Fransa)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 12-də, cavab qarşılaşmaları isə martın 19-da keçiriləcək.

Turnirin bu mərhələsində komandalar iki oyunun nəticəsinə əsasən növbəti raunda vəsiqə qazanacaqlar.

Seçilən
16
1
90deqiqe.az

10Mənbələr