AZ

Bu il smartfon bazarı çökə bilər - "International Data Corporation"

Bakı. Trend:

2026-cı ildə qlobal smartfon bazarı tarixinin ən böyüktənəzzülünü yaşayacaq.

Trend xəbər verirki, bu barədə “International Data Corporation” (IDC) tərəfindənyayımlanan hesabatda bildirilir.

Analitiklərin proqnozuna görə, 2026-cı ildə dünyada smartfontədarüklərinin həcmi illik müqayisədə 12,9 faiz azalaraq 1,1milyard ədəd təşkil edəcək.

“Biz müvəqqəti azalma deyil, əməli yaddaş (RAM) təchizatzəncirində yaranmış və istehlak elektronikası sənayesinin bütünseqmentlərinə dalğa effekti ilə yayılan sunami tipli şok müşahidəedirik”, - deyə IDC nümayəndəsi Fransisko Jeronimo vəziyyəti belətəsvir edib.

Hazırda süni intellekt texnologiyaları sürətlə inkişafetdiyindən, əməli yaddaşlara (random access memory – RAM) həddənziyadə böyük tələbat yaranıb.

IDC mütəxəssisləri vurğulayıblar ki, bazardakı geriləməkomponentlərin yüksək qiymətləri səbəbindən yaranan RAM böhranı iləbağlı olacaq. Tədqiqatlar üzrə baş direktor Nabil Popal bildiribki, yaddaş böhranı sadəcə müvəqqəti enişə deyil, bütün bazarınstruktur yenidənqurulmasına səbəb olacaq.

Məqalədə:
Seçilən
31
1
az.trend.az

2Mənbələr