Ermənistan Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, bu gün Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan Rusiya Federasiyası Nəqliyyat nazirinin müavini Dmitri Zverevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Gümrü-Axurik-Türkiyə sərhədi və Arazdayan-Naxçıvan Muxtar Respublikası dəmir yolu infrastrukturunun bərpası və tikintisi ilə bağlı məsələlər müzakirə olunub.
Yol və hava nəqliyyatı sahəsində mövcud əməkdaşlıq səviyyəsi də müzakirə olunub. Müzakirələrin davam etdirilməsi barədə razılıq əldə edilib.