"Qarabağ"ın hücumçusu Kamilo Duran "Nyukasl"la pley-off oyununda (2:3) vurduğu qolla adını Çempionlar Liqasının tarixinə yazdırıb.
24 yaşlı forvard cari mövsümdə qollarının sayını 5-ə çatdıraraq, bu turnirdə bir mövsüm ərzində 5 və daha çox qol vuran 3-cü kolumbiyalı olub.
Duran bu göstəricidə Cekson Martines və Radamel Falkao kimi dünya ulduzlarının uğurunu təkrarlayıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, cənubi amerikalının qitənin ən prestijli turnirində sərgilədiyi real müştərilərinin sıralarını genişləndirib. Ona maraq göstərənlərin siyahısına Çempionşipdən "Hall Siti" də öz adını əlavə edib.
Türkiyəli iş adamı Acun Ilcalının sahibi olduğu klubun nümayəndələri kolumbiyalının meneceri ilə əlaqə saxlayıb, mümkün transfer şərtlərini öyrəniblər.
"Qarabağ" Kamilo Duranı mövsümün əvvəlində Portuqaliyanın II Liqa təmsilçisi "Portimonensi"dən cəmi 200 min avroya transfer etmişdi.
Onun qol siyahısında "Ayntraxt Frankfurt" (2 qol), "Ayaks", "Benfika" və "Nyukasl" kimi klublar yer alır.
Gənc ön xətt oyunçusunun ötən yay Ağdam təmsilçisi ilə 3+1 illik müqavilə imzaladığını xatırladaq.
saytlarin hazirlanmasi