AZ

Mütəmadi kollagen istifadəsi sağlamlığa necə təsir edir?

Mütəmadi kollagen istifadəsi sağlamlığa necə təsir edir?

Aparılan araşdırmalara görə, mütəmadi kollagen əlavələrinin qəbulu dərinin elastikliyini artırır, əzələ quruluşunu yaxşılaşdırır və oynaq kirəcləşməsi ilə bağlı hallarda müsbət nəticələr verir.

AFN.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar ölü dəri hüceyrələrini yeniləməkdə, orqanları qorumaqda və qanın laxtalanmasında mühüm rol oynayan kollagen zülalının gündəlik qəbulunun dəri sağlamlığına təsirlərini araşdırıblar. 113 fərqli vəziyyətin təhlil edildiyi tədqiqatda 7 min 983 nəfər iştirak edib.

Mütəmadi kollagen qəbulunun dərinin elastikliyini artırdığını və əzələ quruluşunu təkmilləşdirdiyini müəyyən edən alimlər, bu zülalın dayaq-hərəkət sistemi və oynaq kirəcləşməsinə bağlı problemlərdə faydalı olduğunu təsbit ediblər. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bu protein oynaqlarda müşahidə olunan revmatizmanın səbəb olduğu ağrı və sərtliyi yüngülləşdirir.

Digər tərəfdən, araşdırmaçılar kollagen qəbulunun ağız sağlamlığı və kardiometabolik amillər baxımından qarışıq nəticələr verdiyini bildiriblər. Vücudda təbii olaraq istehsal olunan və yaş artdıqca azalan bir zülal növü olan kollagen dəri, dırnaq, sümük, vətər və qığırdaq kimi birləşdirici toxumaları dəstəkləyir və gücləndirir.

Tədqiqatın nəticələri "Aesthetic Surgery Journal Open Forum" nəşrində yayımlanıb.

Seçilən
11
afn.az

1Mənbələr