Transatlantik Fondu (TF) ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Proqramı ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarından (VCT-lər) layihə təkliflərinin qəbuluna başlayıb.
Əsas məqsəd VCT-ləri geosiyasi, dezinformasiya və ya rəqəmsal təhlükəsizlik və ya hər bir ölkəyə xas çətinliklər (daxili siyasi, hüquqi məhdudiyyətlər, siyasi mədəniyyət və s.) daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan mövcud çətinliklərin təsirini azaltmaq üçün VCT-ləri lazımi bilik və bacarıqlarla təmin etməkdir.
Layihə təkliflərinin qəbuluna Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Transatlantik Fondunun (TF) rəhbərlik etdiyi “Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Artırılması (ERICS-EaP) layihəsi çərçivəsində başlanıb.
VCT-lər dayanıqlılığın artırılmasına yönəlmiş müxtəlif fəaliyyətləri dəstəkləmək üçün maliyyə vəsaitinə müraciət edə bilərlər. Bura siyasi repressiyalar, davam edən müharibə və ya dondurulmuş münaqişələr, dezinformasiya, sosial aktivliyin aşağı olması və qütbləşmə kimi risklərdən qorunmaq və ya onların təsirini azaltmaq məqsədilə təlimlərin, seminarların və təlim imkanlarının hazırlanması daxildir. Layihə təklifinin tərkib hissəsi kimi müraciət edənlər yeni kurs proqramı və metodologiyası hazırlaya, yaxud mövcud proqramları təkmilləşdirərək tətbiq edə bilərlər.
Transsərhəd fəaliyyətlər və şəbəkələrin qurulması üzrə layihələr arzuolunandır.
Bu layihə təkliflərinin qəbulunda maksimum beş ay müddətini əhatə edən layihələr üçün 20 000 avro qrant yardımının ayrılması nəzərdə tutulur.
Müraciətlərin təqdim olunması üçün son tarix 13 martdır.
Daha çox öyrənin
BAĞLANIŞ TARİXİ:
Mart 13, 2026