AZ

"Azərbaycan regional orta güc dövlətinə çevrilib" -Vüqar Bayramov

"Azərbaycan tarixinin ən güclü dövrlərindən birini yaşayır. Nəzərə alsaq ki, 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi zəfər, daha sonra antiterror hadisələri ilə ərazi bütövlüyümüzün və suverenliyin tam bərpa olunması ölkə tarixində, həyatında yeni bir səhifə açdı, praktiki olaraq Azərbaycan MDB-də konfliktlərə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk dövlətdir. Artıq yeni bir düzən formalaşıb və təbii ki, regiondakı düzəni formalaşdıran da Azərbaycandır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

Millət vəkili vurğuladı ki, Azərbaycan regional orta güc dövlətinə çevrilib:

"Bu isə ondan xəbər verir ki, Azərbaycan regional bir sıra məsələlərə, qlobal proseslərə töhfə verən ölkədir. Ölkənin güclənməsi, təhlükəsizliyinin daha yaxından qorunması ilə bağlı tədbirlərin genişlənməsi Azərbaycanın istənilən təhdidlərə qarşı cavab vermə imkanının və gücünün olduğunu göstərir. Azərbaycan regionda sülh və əməkdaşlıqda maraqlıdır. Xüsusən 2025-ci ilin sonu və 2026-cı ilin ilk ayında Azərbaycan Ermənistana təxminən 4 milyard dollara yaxın məhsul ixrac edib. Bu enerji məhsullarıdır, bununla Azərbaycan həm də regionda əməkdaşlıq və sülhdə maraqlı olduğunu nümayiş etdirib. Bu baxımdan təbii ki, cənab prezidentin məhz Xocalı Soyqırımı Memorialının açılışında da qeyd etdiyi kimi, Azərbaycan artıq fərqli və yeni, güclü bir ölkədir. Güclü ölkə olaraq təhdidlərə cavab vermək, amma eyni zamanda regionda sülh və stabilliyə töhfə vermək imkanına malikdir".

Aytəkin TOFİQQIZI

Seçilən
19
redaktor.az

1Mənbələr