AZ

Ruslar kütləvi şəkildə dəbdəbəli toylardan imtina edirlər - SƏBƏB

Rusiyada cütlüklər dəbdəbəli toy mərasimlərindən kütləvi şəkildə imtina edirlər. Buna səbəb isə qiymətlərin ciddi artımıdır.

Ölkə.Az-ın məlumatına görə, toy təşkilatçıları və aparıcılar “Baza”ya bildiriblər ki, 2026-cı ilin əsas trendi yalnız yaxınların iştirakı ilə keçirilən toydur. İnsanlar getdikcə möhtəşəm şənlikləri ləğv edir və sadəcə şam yeməyi ilə kifayətlənirlər. Səbəb çox sadədir: gənc ailələrin dəbdəbəli mərasim üçün sadəcə pulu yoxdur.

Bir neçə il əvvəl adambaşına düşən orta yemək xərci 5–7 min rubl (110-155 manat) idisə, indi bu rəqəm 8–10 min rubla (177-221 manat) yüksəlib. Təşkilatçıların sözlərinə görə, demək olar ki, hər şey bahalaşıb. Mərasim üçün vacib olan bir çox xərc maddəsi ən azı iki dəfə (bəzən daha çox) artıb. Ən böyük artım isə dekorasiya sahəsində qeydə alınıb — son 4 ildə onun qiyməti 650% yüksəlib.

Xərclərin öhdəsindən gəlmək və həyatın ən vacib hadisələrindən birini qeyd etməkdən imtina etməmək üçün cütlüklər maksimum qənaət etməyə çalışırlar: minimalist məkanlar seçir, qonaqların əyləşdirilməsindən tutmuş dekorun alınması və hazırlanmasına qədər bir çox işi özləri görürlər. Ümumi bahalaşma fonunda təşkilatçılar da xidmət haqlarını artırıblar — komissiya artıq 15%-ə çata bilər. Bu isə aparıcılar və digər podratçılar arasında narazılıq yaradıb; bəziləri hətta onları boykot etməyə və öz komissiyalarını artırmağa başlayıb. Lakin təşkilatçıların sözlərinə görə, belə şəraitdə belə, toy xərclərini qonaqların hədiyyələri hesabına qarşılamaq çətin görünür.

Seçilən
11
olke.az

1Mənbələr