AZ

Musiqi fənni üzrə sertifikasiya MÖVZULARI

Musiqi fənni üzrə sertifikasiya imtahanına elementar musiqi nəzəriyyəsi bölməsi daxil edilir".

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən musiqi fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə təşkil olunan vebinarda Bakı şəhəri, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin musiqi müəllimi Reyhan Yaqubova səsləndirib.

"Bu bölmə ritm, tembr, temp və tempin növləri, lad, registr, melodiya, dinamika, intervallar, alterasiya işarələri, tonallıq, akkord, cümlə və period, tetrakord, qamma, tonika, üçsəslilər, kadensiya, xromatizm, diatonika, notlar və pauza, not yazısının ixtisarları, stakkato, leqato, liqa, kreşendo, diminuendo, diyez və bemol qammaları, sadə və mürəkkəb ölçülər, eləcə də volta mövzularını əhatə edir.

Musiqi fənni üzrə müəllimlərin sertifikasiya imtahan proqramına alətşünaslıq və ifa üslubları bölməsi daxildir və bu bölmədə xalq çalğı alətləri və onların ifa xüsusiyyətləri, simfonik, kamera və simli alətlər orkestrlərinin tərkibi, Azərbaycan xalq çalğı alətləri orkestri, estrada orkestri və ansambl anlayışı ilə bağlı mövzular yer alır".

Vebinarın sonunda isə müəllimlər üçün test nümunələri də təqdim olunub.

Seçilən
8
azedu.az

1Mənbələr