AZ

Günəş “depressiya” vəziyyətinə QAYIDIR – Bütün ləkələr YOXA ÇIXDI

Günəş “depressiya” vəziyyətinə qayıdır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici elmi KİV-lər məlumat yayıb.

Günəş yenidən aşağı aktivlik, yəni “depressiya” vəziyyətinə qayıdır.

Bir müddət əvvəl Günəşin görünməyən tərəfindən görünən tərəfinə keçən iki aktiv ləkə qrupu ulduzun aktivliyini uzun müddət bərpa edə bilməyib.

Fevral ayının sonunda Günəş səthindəki bütün ləkələr son dörd ildə ilk dəfə olaraq tamamilə yoxa çıxıb.

Alimlərin proqnozuna görə, 2024-cü ildə qeydə alınan dövri pik nöqtədən sonra Günəş hazırda tənəzzül mərhələsindədir və bu cür aktivlik azalmaları bundan sonra da tez-tez baş verəcək.

Məlumata görə, Günəşdə 4379/4380 nömrəli yeni aktiv mərkəz də qeydə alınıb.

Bu mərkəz ulduzun əks tərəfindən çıxdığı an 20-yə yaxın alışma (partlayış) törətsə də, cəmi iki gün ərzində enerjisini tamamilə itirərək “sönüb”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr