“Brenford” baş məşqçisi Kit Endryusla müqavilənin müddətini uzadıb.
QOL.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 2032-ci ilin yayına qədər İngiltərə klubunu çalışdıracaq. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İrlandiyalı məşqçi ötən ilin yayında "Brenford"u çalışdırır. O, “Şeffild Yunayted” və İrlandiya millisində də işləyib.
Qeyd edək ki, “Brentford” 27 oyundan sonra 40 xalla İngiltərə Premyer Liqasında 7-ci yeri tutur.