AZ

Qazaxıstanda “Turan” futbol klubunu smartfon qiymətinə satırlar

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanın “Turan” futbol klubu hərraca çıxarılıb.

İdman.Biz xəbər verir ki, satış portalında yerləşdirilən məlumata görə, peşəkar klubun başlanğıc qiyməti cəmi 1 milyon 54 min tenge (3600 AZN) müəyyən edilib.

Məlumatlara əsasən, klubda hazırda 14 əməkdaş çalışır. Klubun balans dəyəri isə cəmi 1066 ABŞ dolları (1800 AZN) olaraq göstərilib.

Hərraca qatılmaq istəyən iştirakçılar 315 ABŞ dolları (535 AZN) məbləğində zəmanət ödənişi etməlidirlər. Elektron formatda keçiriləcək hərracın martın 3-nə planlaşdırıldığı bildirilir.

Klubun ucuz qiymətə hərraca çıxarılmasının pərdəarxası məqamları da var. “Turan”ın son maliyyə hesabatları göstərir ki, təmsilçi son iki ili ciddi zərərlə başa vurub.

2024-cü il üzrə mənfəət və zərər hesabatına əsasən, maliyyə vəziyyəti kəskin pisləşib. Belə ki, “Turan” 2024-cü ildə 258 milyon 344 min tenge (təxminən 875 min AZN) zərər edib.

Yeni alıcı klubu simvolik qiymətə əldə etsə də, həm mövcud borcları tənzimləməli, həm də qarşıdakı illərdə klubun fəaliyyətini təmin etmək üçün milyonlarla investisiya yatırmalıdır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
icma.az

2Mənbələr