AZ

Osmanlının“yəhudi işğalı” anlayışı tam saxtakarlıqdır... Netanyahunun səhvi...



Məhərrəm Zülfüqarlı: “Birinci Dünya Müharibəsi ərəfəsində Yaxın Şərqdə heç bir yəhudi dövləti olmayıb”

İsrailin Baş naziri Benyamin Netanyahu Hindistan Baş naziri Narendra Modinin səfəri çərçivəsində İsrail Parlamentində keçirilən xüsusi iclasdakı çıxışında Osmanlını "işğalçı" adlandırıb. Netanyahu Birinci Dünya müharibəsində hind əsgərlərinin onlara kömək etdiyini iddia edib.

Birinci Dünya müharibəsi zamanı İsrailin bir dövlət kimi mövcud olmamasına və Fələstində yəhudi əhalisinin çox məhdud olmasına baxmayaraq, Netanyahu o dövrdə Britaniya ordusunun sıralarında Osmanlılara qarşı Fələstində döyüşən hind əsgərlərinin "onların ​​azadlığına kömək etdiyini" iddia edərək, Osmanlı İmperiyasını "işğalçı" olmaqda ittiham edib.

"Birinci Dünya müharibəsi zamanı, hələ Osmanlı işğalı altında olduğumuz dövrdə bu ölkəni azad etməyimizə kömək edənlər Britaniya ordusu və yəhudi döyüşçüləri də daxil olmaqla hind əsgərləri və komandirləri olub"- deyən Netanyahu bildirib ki, onlar üçün canını fəda edən hind əsgərlərini unutmayacaqlar.

Osmanlı dövləti Yaxın Şərqdə yəhudiləri nə vaxt işğal edib? Osmanlı dövləti yaranan zaman müstəqil yəhudi dövləti var idimi? Yəhudilərin Yaxın Şərqdə yığcam yaşadığı bir yer var idimi ki, Osmanlı oranı işğal etsin?

Əksinə yəhudilər Avropa dövlətlərində böyük talanlara, qırğınlara məruz qalanda onlara məhz Osmanlı dəstək verdi. Tarixi həqiqət budur. Ola bilər ki, Osmanlı Yaxın Şərqdə hansısa dövləti işğal etsin. Məsələn, Misir məmlüklərinin dövlətini Osmanlı 1517-ci ildə işğal etdi. Amma Osmanlı dövlət kimi yarananda yəhudilərin müstəqil dövləti yox idi. Yəhudilərin həmin coğrafiyada toplum şəklində yaşaması mövcud deyildi. Bu halda Osmanlı nəyi və kimi işğal edə bilərdi? Kimin ərazisini işğal etsə də hər halda ora yəhudilərlə bağlı deyildi. Yəhudilər Avropaya səpələnmişdilər. Yenə də qeyd edirik, yəhudilər Avropada talanlara, zorakılıqlara məruz qalanda onlara Osmanlı dövləti sığınacaq verib.

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, İsrail Baş nazirinin belə bir iddia səsləndirməsi onun XX əsrin əvvəlindəki tarixə saxta münasibətinin təzahürüdür. “Əvvala, Osmanlı dövləti Sultan Səlimin dövründən artıq xilafəti də öz üzərinə götürmüşdü. Yəni sultan həm də xəlifə idi və xəlifə də bütün müsəlmanların rəhbəri hesab olunurdu. YaxŞrq də Osmanlı ərazisi kimi İstanbuldan idarə olunurdu. Netanyahunun bu iddiası Osmanlı imperiyasının dağılmasında birbaşa rolu olan ingilis müstəmləkə siyasətinin təsiri altında yaranıb. Osmanlı imperiyasının dağılmasında İngiltərə və Fransanın böyük rolu olub. Burada ermənilərlə yanaşı Osmanlıya düşmən olan digər qüvvələr də iştirak edib”.

M.Zülfüqarlının sözlərinə görə, XX əsrin əvvəllərində Yaxın Şərqdə yəhudi dövlətinin olması iddiası yalandır: “Birinci Dünya Müharibəsi ərəfəsində Yaxın Şərqdə heç bir yəhudi dövləti olmayıb. İsrail 1948-ci ilin may ayında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaranıb. Qərarda da qeyd olunurdu ki, Fələstin ərəb torpağında iki dövlət yaranmalıdır-İsrail yəhudi dövləti və Fələstin ərəb dövləti. O vaxt İsrail dövləti yaransa da Fələstin dövlətinin yaranmasına imkan verilmir.Fələstn qaçqınları problemi hələ də qalmalıdır. İsrailin Baş naziri haqq-ədalət naminə çıxış etsəydi Fələstin xalqının hüquqlarından, yaxın dövrdə Fələstin dövlətini tanıyacağından danışmalı idi. Hətta İsrail vətəndaşları tərəfindən də siyasəti qəbul olunmayan Benyamin Netanyahunun bu fikirləri Yaxın Şərqdə sülhün bərqərar olunmasına mane olan bir fikirdir. Hədəf Osmanlı olsa da, indiki dövrdə Türkiyə Cumhuriyyətinə və Türkiyənin yaxın dostu, qardaşı olan Azərbaycana da yönəlib”.

M.Zülfüqarlının fikrincə, bu saxtakarlıqlar ifşa olunmalıdır ki, bütün dünya, Yaxın Şərq əhalisi tarixi reallıqları bilsin.

İradə SARIYEVA

Seçilən
5
baki-xeber.com

1Mənbələr