AZ

Texniki baxış üçün kirayə katalizator, təkər, çanta

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Mətbuatda texniki baxış avadanlıqlarının kirayə verilməsi ilə bağlı xəbər bizi bu mövzuya bir daha qayıtmağa vadar etdi. Avtosfer.az saytı olaraq 2 il əvvəl Gürcüstanda katalizator kirayəsi ilə bağlı xəbər yaymışdıq. Gürcüstanda texniki baxış zamanı birinci yoxlanan detal katalizatordur.

Bunsuz maşını texniki baxışdan keçirmək mümkün deyil. Lakin gürcülər maşın aldıqda ilk işləri bu detalı söküb xaricə satmaq olur. Bu səbəbdən Gürcüstan hökuməti 2023-cü ildə avtomobil katalizatorlarının ixracını üç il müddətinə, 2026-cı il mayın 1-dək qadağan edib.

Təsəvvür edin 2015-2023-cü ildə Gürcüstan 700 mindən çox katalizator ixrac edib! Bu rəqəm Almaniya, İtaliya və Fransa kimi böyük istehsalçıların ixracına yaxın göstəricidir. Bəs “detal istehsal etməyən ölkə bunu necə bacarıb?” sualının cavabı isə hamıya məlumdur.

Bəs katalizatorsuz maşın texniki baxışdan necə keçir? Bunun da sadə, qafqazsayağı həlli var.

 

Xüsusi ustalar avtomobilə müvəqqəti katalizator quraşdırırlar: baxışdan keç, gətir qaytar. Xidmət haqqı modeldən asılı olaraq 100-200 lari (60-120 AZN) arası dəyişir.Türkiyədə isə texniki baxışdan keçmək üçün adətən təkərlər borc alınır. Çünki türk polisi ilk növbədə şinləri yoxlayır.

https://avtosfer.az/az/avtoxeber/texniki-baxisda-katalizator-biznesi-foto-232052

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
avtosfer.az

1Mənbələr