AZ

Valideynlər, şagirdlər və müəllimlər özləri də fayda qazanacaq Deputat

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Müzakirəyə çıxarılan qanun layihəsi təhsilimizdə keyfiyyətin artırılması və musiqi, incəsənət və sənət məktəblərində müəllimlərin obyektiv və şəffaf qiymətləndirilməsinə yönəlib".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Fariz İsmayılzadə “Təhsil haqqında” Qanunda dəyişikliklərlə bağlı danışarkən bildirdi.

O bildirdi ki, təklif olunan sertifikasiya əsasında qiymətləndirmə köhnə şifahi praktikaya nisbətən daha mükəmməl və sistemli yanaşmadır və hətta yazılı testləri də nəzərdə tutur:

"Eyni zamanda yazılı sertifikasiya müqayisəli təhlilə imkan yaradır, müəllimlərin peşəkar inkişafını təşviq edir. Ölkəmizdə təhsilin inkişafı milli strategiyanın prioritetidir. Burada keyfiyyət indikatorlarının artması məhz müəllimlərin peşəkar bacarıqlarından asılıdır. Bir cəmiyyət olaraq bunu daim monitorinq etmək bizim əsas vəzifəmizdir və bundan hamı, o cümlədən valideynlər, şagirdlər və müəllimlər özləri də fayda qazanacaq".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
redaktor.az

2Mənbələr