AZ

Konfrans Liqasında kim kimlə qarşılaşacaq?

Bu gün ÇL və AL kimi, UEFA Konfrans Liqasında da 1/8 final mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Pükatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Liqa mərhələsinin ilk "8-liy"i: "Strasburq" (Fransa), "Rakuv" (Polşa), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Rayo Valyekano" (İspaniya), "Şaxtyor Donetsk" (Ukrayna), "Maynts" (Almaniya), "AEK Larnaka" (Kipr).

Pley-off mərhələsinin qalibləri: "Kristal Pelas" (İngiltərə), "Lex" (Polşa), "Samsunspor" (Türkiyə), "Selye" (Sloveniya), "AZ Alkmar" (Niderland), "Fiorentina" (İtaliya), "Riyeka" (Xorvatiya), "Siqma" (Çexiya).

 

Qeyd edək ki, bu mərhələnin oyunları martın 12-si və 19-da keçiriləcək.

Seçilən
2
fanat.az

1Mənbələr