AZ

Parlamentdə Ramiz Mehdiyevin evindəki pullardan danışıldı

Milli Məclisin iclasında “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Musavat.com xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu layihə barədə danışıb.

Deputat Aqil Abbas söz alaraq film çəkilişləri ilə bağlı təkliflərini söyləyib.

“Çox təəssüf ki, Azərbaycanda kinonun çəkilməyi Mədəniyyət Nazirliyinin üzərinə düşüb. Kino ölkənin milli ənənələrini göstərən önəmli faktordur. Türkiyə filmləri ilə dünyanı Osmanlıdan çox tuta bilib. Ölkədə bu qədər təşkilat var, amma heç biri filmlərin çəkilməsinə sponsorluq etmir. Rusiyada filmlərin əksəriyyətini nazirliklər çəkirlər. Müdafiə, Daxili İşlər nazirlikləri…Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkməlidir? Necə olur ki, təşkilatlar futbola pul qoyur, amma filmə yox?”

A.Abbas bildirib ki, bizim də tarixi şəxsiyyətlərimiz var: “İndiyədək Şah İsmayıl haqqında niyə film çəkilməyib? Yaxud Qacar haqqında…Mən kiminsə haqqında danışmaq istəmirəm, Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı. 17 milyon yüksək səviyyəli 10 tammetrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın. Türkiyədə Sultan Mehmede aid film bütün dünyanı bürüyüb.

Sovet dövründə yaxşı filmlərimiz çəkilib, müstəqillik dövründə də bir neçə yaxşı filmimiz olub. Qanun layihəsini dəstəkləyirəm. Kim hazırlayıbsa, Allah dədəsinə rəhmət eləsin”.

Spiker Sahibə Qafarova deputatın çıxışına reaksiya verib:

“Rusiya Azərbaycan deyil, Azərbaycan Respublikasının öz qanunları var”.

Seçilən
23
2
editor.az

3Mənbələr