AZ

Tolik yüksək vəzifə sindən danışdı: Vicdanım sızlayır VİDEO

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Adı müğənni Səidə Sultanla qalmaqalda hallanan və buna görə verilişi bağlandığı deyilən aparıcı Tarix Əliyev(Tolik) bu gün ilk dəfə canlı yayımda baş verənlərdən danışıb.

Ölkə.Az xəbər verir ki, o, "Tarixin bir günü" verilişində açıqlamasında kanalın adına ləkə salmamaq üçün öz istəyi ilə istefa verdiyini bildirib:

“Belə bir deyim var: İnsan yatanda vicdanı da onunla bir yerdə yatmalıdır. Bir neçə gündür mən də yatıb dururam. Vicdanım da yatır, amma bir kanal işçisi kimi vicdanım sızlayır. Burada sosial mediada və ya tanınmışlar arasında heç bir “qəhrəman”ı böyük bir qələbə kimi görmürəm. Öz-özümə bir qərar vermişəm. “Space” kanalımız bu gün çox böyük uğurlara imza atıb. Vado müəllim rəhbər keçəndən kanalımız ölkədə ən böyük kütləsi olan kanalllarla bir yerdə rəqAbət aparır. 

Məni 25 ildir qalmaqallarımla, etdiyim hərəkətlərlə, səhvlərimlə bir Tolik kimi tanımısınız. Hər birimizin bir xarakteri var. 

Bir vətəndaş kimi pandemiya vaxtı sizlərin sayəsində minlərlə ailəyə yardım etmişəm. 44 günlük müharibədə sizlərin sayəsində əsgərlərimizin yanında olmuşam. Bunlar hamısı sizlərin sayənizdə olub, mən vasitəçi olmuşam. Deməli sizlər mənə güvənmisiniz.  

Mən bu efir bitəndən sonra Tarix Əliyevəm. Xasiyyəti dəyişmək çox çətindir. Cəmiyyətdə maskalı olub, özünü kamera qarşısında başqa cür aparmaq tamam başqa bir şeydir. Əgər mən bu gün uğurlarını iri addımlarla atan kanalıma televiziyada yox, sosial şəbəkədə etdiyim səhvlərlə rəhbərliyin və burada işləyənlərin haqqına girəcəyəmsə, bu, mənim vicdanımı sızladar. 

Burada bir daha Audivizual Şuraya təşəkkürümü bildirirəm. Bir ildən çoxdur ki, efirdə bu verilişi aparsam da, verilişimlə bağlı bu günə qədər heç bir qanun pozuntusun aşkar edilməyib. Dünən şuranın rəsmi açıqlamasında bildirilib ki, mənim və ya başqa həmkarlarımın verilişin bağlanmasında heç bir qanuni pozuntu yoxdur. 

Dünən Vado Karovinə yaxınlaşıb verilişin bağlanması, aparıcılıqdan çıxmaq haqqında ərizəmi verəndə vicdanım daha rahat oldu. Çünki heç vaxt adı heç bir qalmaqalda hallanmayan adam mənim əsəblərimə hakim olmamağım, hansısa qarşı tərəfin fikirlərinə emosional fikir bildirməyim böyük bir kanalın uğuruna ləkə ata bilməz”.

T.Əliyev həmçinin kanalda musiqi departamentinin rəhbəri vəzifəsinə təyin edilmədiyini söyləyib:

“Düşünürəm ki, həytımda itirəcəyim bir şey var. O da mənim övladımdır. Fikrimcə, bu bir son deyil, mənim özümə verdiyim bir cəzadır. Sosial şəbəkələrdə hansısa tanınmışlarda bir qəhrəman axtarmayın. Ən böyük hakim allahdır. 

Bu gün sizinlə sağollaşıram, amma verilişimi heç kimə təhvil vermirəm. “Space” televiziyasında musiqi departamentinin rəhbəri vəzifəsinə gəlməmişəm. Hər bir sonun gözəl bir başlanğıcı var. Sağ olun”.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
olke.az

2Mənbələr