AZ

Ruslan Stefançuk: BMT qətnaməsinə dəstək minimum siyasi ləyaqətdir – ÖZƏL

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk BMT-nin Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnaməsinə dəstəyi "xeyriyyəçilik və ya qəhrəmanlıq deyil, minimum siyasi ləyaqət" adlandırıb.

Olaylar.az xəbər verir ki, o, bu fikirləri sosial şəbəkədə gürcü dilində paylaşaraq, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Ukrayna Prezidenti Volodimir Zelenskini "nankorluqda" ittiham etməsinə cavab verib.

Stefançukun sözlərinə görə, Ukrayna xalqı azadlıq və seçim hüququ uğrunda mübarizədə dəstək verən hər kəsə minnətdardır və xüsusilə Gürcüstan xalqının həmrəylik nümayişini yüksək qiymətləndirir. O bildirib ki, Ukraynaya qarşı "nankorluq" ittihamı səsləndirənlər əslində öz mövqelərini pərdələməyə çalışırlar.

Ali Rada sədri vurğulayıb ki, Ukraynanın "rus dünyası" narrativlərini təkrarlayan mənəviyyat dərslərinə ehtiyacı yoxdur, ölkəyə real və prinsipial müttəfiqlər lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr