AZ

Donald Tramp İrana hücum variantları barədə məlumatlandırıldı

BAKI, 27 fevral. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Bred Kuper Prezident Donald Trampı İrana hücum variantları barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “i24 News” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, fevralın 26-da Cenevrədə iki ölkə arasında danışıqların başa çatmasından sonra Vaşinqtonda İranla bağlı hərbi variantlar müzakirə edilib.

İsrail kanalının həmsöhbətlərinin fikrincə, ABŞ Prezidenti diplomatiya və hərbi variant arasında yekun qərar anına yaxınlaşır.

Seçilən
23
teleqraf.com

1Mənbələr