AZ

1 boksçumuz da 1/4 finalda

Azərbaycan boksçusu Məhəmmədəli Aşırəliyev Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb. 60 kiloqramda mübarizə aparan milli üzvü 1/8 finalda Yazal Hussam Seyfeli (Misir) mübarizədən kənarlaşdırıb.
O, rəqibini 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Azərbaycan çempionu 1/4 finalda Ayder Abduraimovla (Ukrayna) döyüşəcək. Görüş fevralın 27-də olacaq.
Qeyd edək ki, Aşırəliyevdən öncə Bilalhəbaşi Nəzərovla (50 kq) Zidan Hünbətov (55 kq) 1/4, Malik Həsənov (65 kq) isə 1/8 finala vəsiqə qazanıb.

Qabil YUSİFOĞLU 
XQ

Seçilən
17
5
xalqqazeti.az

10Mənbələr