AZ

Ferdi Tayfurun qızı küçədə bağırdı: “Ərim məni aldadır”

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Arabesk musiqisinin ustad sənətçisi Ferdi Tayfurun qızı Tuğçe Tayfur ötən gün Nişantaşında boşanmaq üzrə olduğu həyat yoldaşı Muhammet Aydınla birlikdə görüntülənib.

Lent.az xəbər verir ki, birlikdə gəzərkən kameralara düşən cütlükdən Muhammet Aydın çəkiliş aparıldığını görən kimi narahat olub. Onları çəkən operatora “Bunu söndür"! deyə qışqıran Muhammet Aydına Tuğçe Tayfur sərt reaksiya verib.

Küçədə gərgin anlar yaşanıb. Tuğçe Tayfur həyat yoldaşına “Etdiklərin üzə çıxmasın deyə"? deyə müraciət edib. Muhammet Aydın isə “Hansı etdiklərim"? deyə cavab verib. Daha da əsəbiləşən Tayfur “Sənin xəyanətlərindən danışıram"! deyərək iddia səsləndirib.

Cütlük arasında gərginlik davam edərkən Tuğçe Tayfur boşanma məsələsində qəti qərarlı olduğunu bildirib:

“Barışmaq yoxdur. Cəhdlər var. Amma mənim qərarım qətidir"!

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
3
lent.az

4Mənbələr