AZ

“Qarabağ”ın ulduzu İngiltərədən gələn təklifi rədd edib? – O, gündəmdədir 

“Qarabağ”ın vingeri Kamilo Duran İngiltərə klubunun təklifini geri çevirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, İngiltərənin Çempionşip təmsilçisi “Preston Nort End” kolumbiyalı futbolçu ilə maraqlansa da, oyunçu bu təklifi qəbul etməyib.

Onun karyerasını yüksək liqada – elit çempionatda davam etdirməyə üstünlük verdi iddia olunub.

Eyni zamanda, digər Çempionşip klubu “Hall Siti” də “Qarabağ”ın cinah oyunçusunu transfer etmək istəyir. Məlumata görə, klub nümayəndələri artıq futbolçunun agenti ilə əlaqə saxlayıblar.

Qeyd edək ki, Kamilo Duranın gələcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

Seçilən
1
idmanxeber.az

1Mənbələr