AZ

“Çelsi” rekord məbləğdə itkiylə üzləşdi

"Çelsi" maliyyə itkilərinə görə Premyer Liqada rekord qırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, London klubu 2025-ci maliyyə ilində 407 milyon avro zərər qeydə alıb - bu, İngiltərənin yüksək liqası tarixində ən pis göstəricidir. Avropada yalnız "Barselona" 2021-ci ildə daha çox - 500 milyon avrodan çox itirib.

İlin ən zərərli on klubuna həmçinin "Lion" (196 milyon avro), "Tottenhem" (148 milyon avro), "Marsel" (105 milyon avro), "Aston Villa" (97 milyon avro), "Nottingem Forest" (94 milyon avro), "Mançester Siti" (94 milyon avro), "Strasburq" (82 milyon avro), "Ayaks" (52 milyon avro) və "Yuventus" (50 milyon avro) daxil idi.

Milli.Az

Seçilən
0
2
milli.az

3Mənbələr