AZ

Hərbi xidmət möhləti qiyabi təhsil alanlara da şamil ediləcək?

Qiyabi təhsil alan çağırışçılara təhsilini davam etdirmək üçün möhlət verilməsi ilə təklif edilir.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda (təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif edilir.

Milli.Az

Seçilən
1
21
milli.az

10Mənbələr