İşçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi təklif edilir.
Manset.az xəbər verir ki, bu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Məruzəyə əsasən, Məcəlləyə işçiyə əmək stajı on beş ildən iyirmi ilədək olduqda 6 təqvim günü, iyirmi ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi barədə müddəaların əlavə edilməsi təklif edilir.