Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-də yerləşən bazar araşdırması şirkəti "International Data Corporation" (IDC) smartfon bazarı ilə bağlı son proqnozlarını paylaşıb.
Banco.az xəbər verir ki, IDC-nin açıqlamasına görə, qlobal smartfon tədarükünün 2026-cı ildə illik müqayisədə 12,9 faiz azalaraq 1,12 milyard ədədə düşəcəyi proqnozlaşdırılır.
Bəyanatda vurğulanıb ki, bu azalma smartfon bazarını son on ildən çox müddətdə ən aşağı illik tədarük həcminə endirəcək. Qeyd olunub ki, bu proqnoz yaddaş təchizatı böhranının dərinləşməsi səbəbindən əvvəlki proqnozlarla müqayisədə aşağı istiqamətli düzəlişləri əks etdirir.
Regional əsasda qiymətləndirildikdə, xüsusilə də aşağı səviyyəli smartfonların yüksək konsentrasiyası olan bazarlarda daha nəzərəçarpacaq dərəcədə azalmanın gözlənildiyi qeyd edilib.
Bəyanatda ən kəskin azalmanın illik müqayisədə 20,6 faizlə Yaxın Şərq və Afrika regionunda, dünyanın iki ən böyük bazarından biri olan Çində isə 10,5 faiz, Asiya-Sakit Okean regionunda isə 13,1 faiz azalma gözlənilir.
Gələn ilin ortalarında yaddaş böhranı sabitləşməyə başladığı üçün 2027-ci ildə smartfon bazarında məhdud 2 faizlik bərpa gözlənilir, ardınca 2028-ci ildə isə illik 5,2 faizlik daha güclü artım gözlənilir.
Qeyd edək ki, telefon qiymətlərinin rekord həddə çatacağı proqnozlaşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.