AZ

Kafedə partlayış olub, 6 nəfər ölüb

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Aqmola vilayətinin Burabay rayonunun Şuçinsk şəhərində faciə baş verib. Beşmərtəbəli yaşayış binasına bitişik birmərtəbəli kafedə partlayış və yanğın qeydə alınıb.

Hafta.az Kazinform agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində altı nəfər həlak olub, təxminən 20 nəfər xəsarət alıb.

Aqmola vilayəti Fövqəladə Hallar Departamentinin (FHD) məlumatına görə, xəbər alındıqdan sonra beş dəqiqə ərzində xilasetmə qüvvələri hadisə yerinə çatıb. Yanğınsöndürənlər yanan binadan 8 qaz balonunu çıxararaq 10-dan çox insanı xilas ediblər.

“Hazırda yanğın tam söndürülüb. Xilasetmə işçiləri dağıntıların təmizlənməsi işlərini aparır. Hadisənin səbəbləri araşdırılır”, - Aqmola vilayəti FHD-nin rəsmi nümayəndəsi Yersain Koyşibayev bildirib.

Hadisə yerində FHD rəhbərliyi, vilayət akiminin müavini, yanğınsöndürmə briqadaları, xilasetmə qrupları, tibbi xidmətlər, polis və qaz-texniki müfəttişlik fəaliyyət göstərir. Sanitar aviasiya və FHN-in reanimasiya avtomobilləri hazır vəziyyətə gətirilib.

Seçilən
17
4
hafta.az

5Mənbələr