AZ

Klinton Epşteynin cinayətlərindən xəbərsiz olub?

Hillari Klinton maliyyəçi Ceffri Epşteynin cinayətlərindən xəbərsiz olduğunu və onun sahib olduğu adaya baş çəkmədiyini bildirib.

"Ölkə.az" xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Epşteyn işi ilə bağlı araşdırmanın bir hissəsi olaraq Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verib. Dinləmə qapalı keçirilib.

Yazılı ifadəsində Klinton heç vaxt Epşteynlə görüşmədiyini bildirib. Sənəddə deyilir: "Cənab Epşteynlə görüşdüyümü xatırlamıram. Heç vaxt onun təyyarəsində uçmamışam və ya adasına, evinə və ya ofisinə baş çəkməmişəm. Əlavə edəcək başqa bir şeyim yoxdur".

O, həmçinin Epşteyn və onun əlbir olduğu Qislaine Maksvellin cinayətləri barədə heç bir məlumata malik olmadığını iddia edib. Klinton istintaqla bağlı məlumata malik olduğu iddiasının yalan olduğunu söyləyib.

Elvin

Ölkə.az

Seçilən
21
3
olke.az

4Mənbələr