AZ

Müğənniləri hörmətsiz edən Çal çağır oldu

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Müğənniləri 'hörmətsiz' edən o verilişlər oldu. "Çal-çağır"da elə ssenarilər yazıldı ki..."Demokrat.az milli.az-a istinadla xəbər verir ki, müğənni və aktyor Sərxan Kərəmoğlu qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. O, efirdə yayımlanan bəzi verilişlərin, xüsusilə "Çal-çağır" proqramının Azərbaycan mədəniyyətinə ciddi ziyan vurduğunu iddia edib. Sərxan Kərəmoğlu bildirib ki, məhz bu tip proqramlar müğənnilərin nüfuzunu aşağı salıb. Sərxan Kərəmoğlu aparıcı Elçin Əlibəyli haqqında da sərt fikirlər səsləndirib:*"Aparıcı Elçin Əlibəyli müğənni efirə gəlməyəndə onun yerinə balqabaq, kələm qoyurdu. Bu insan zamanında mədəniyyətimizə xidmət edən adamları qarşı-qarşıya qoyub. Onların mədəniyyətə vurduğu ziyanı bundan sonra 100 il keçsə də, heç kim aradan qaldıra bilməyəcək.Gözümün önündə ailələrə, övladlara nə göz yaşları, nə qarğışlar oldu. Bütün bunlar reytinq naminə edilirdi. Nə qazandılar ki? İndi nəticəsi haradadır? Sənət adamlarını gözdən saldılar.Elçin Əlibəyli məni təkidlə verilişinə dəvət etmişdi. Orada efirə getməməli olan nalayiq ifadə işlədildi. Dedim ki, həmin hissəni çıxarın, bu mənə qarşı zərbədir. Mən kiçik vəzifədə çalışan biri deyildim. Onun xisləti budur. Çoxları da ondan narazıdır. Məncə, bu cür yanaşma mədəniyyətimizə xələl gətirir.Aparıcı istəsə, insanı rəzil də edə bilər, vəzir də."*Sərxan Kərəmoğlunun açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun fikirlərini dəstəkləsə də, digərləri məsələni fərqli prizmadan qiymətləndirib.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
3
demokrat.az

10Mənbələr