AZ

"Fənərbaxça" Avroliqanı qələbə ilə tərk etdi - NƏTİCƏLƏR

Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab matçlarının hamısı eyni gündə keçbirili.

Türkyə "Fənərbaxça"sı ilk oyunda uduzduğu "Nottinqem Forest"i qəbul edib. İstanbul komandası matçda qələbə qazansa da, ümumi hesabda yenildiyi üçün mübarizəni dayandırıb.

Pey-off mərhələsinin cavab görülərindən sonra "Ferensvaroş", "Panatinaikos", "Ştutqart", "Lill", "Selta", "Bolonya", "Nottinqem Forest" və 1/8 finala yüksəldiyi dəqiqləşib.

Daha əvvəl "Portu" (Portuqaliya), "Midtyulland" (Danimarka), "Braqa" (Portuqaliya), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıblar.

Pley-offdan 1/8 finala adlayanlar bu mərhələyə birbaşa vəsiqə qazanmış komandalarla üz-üzə gələcəklər.

21:45. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) - 2:0

Qollar: Kaniçovski, 14, Zaxariassen, 30

İlk oyun – 1:2

21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) - 1:1, Penaltilər seriyası - 3:4

Qollar: Spasil, 62 - Tette, 9

Qırmızı vərəqə: Xavi, 105 ("Panatinaikos")

İlk oyun – 2:2

21:45. "Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya) - 0:1

Qol: Makkouen, 1

İlk oyun – 4:1

21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa) - 0:2

Qollar: Jiru, 4, Nqoy, 99

İlk oyun – 1:0

00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya) - 3:3

Qollar: Sor, 51, İto, 100, Heymans, 114 - Bakrar, 45+2, Stoykoviç, 57-pen; 75

Qırmızı vərəqə: Stoykoviç, 105 ("Dinamo")

İlk oyun – 3:1

00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan) - 1:0

Qol: Svedberq, 63

İlk oyun – 2:1

00:00. "Nottinqem Forest" (İngiltərə) – "Fənərbaxça" (Türkiyə) - 1:2

Qollar: Hudson-Odoi, 68 - Aktürkoğlu, 22, 48-pen.

İlk oyun – 3:0

00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç) - 1:0

Qol: Mario, 56

Qırmızı vərəqə: Sorensen, 37 ("Brann")

İlk oyun – 1:0

Seçilən
4
3
sportinfo.az

4Mənbələr