Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İddiaya əsasən, Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən, azərbaycanlı meyxanaçı Vahid Qədim Luqansk bölgəsində gedən toqquşmalar zamanı itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial media hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, Rusiyada yaşayan tanışının verdiyi məlumata əsasən, Vahid Qədim sonuncu dəfə təxminən 20 gün əvvəl əlaqə yaradıb və Luqansk istiqamətinə yollandıqlarını deyib. Həmin vaxtdan sonra onunla heç bir əlaqə qurmaq mümkün olmayıb.
Xatırladaq ki, daha əvvəl mediada Vahid Qədimin Rusiyada sevgilisini bıçaqlaması ilə bağlı xəbərlər dərc olunmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.