AZ

Bu dəfə qızının görüntüsü ilə gündəm oldu

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şimali Koreya lideri Kim Çen In bu dəfə də qızı ilə birlikdə hərbi paradda iştirak etməsi ilə beynəlxalq medianın diqqət mərkəzinə düşüb.

Globalinfo.az xəbər verir ki, o, yeniyetmə qızı Kim Cue ilə eyni dəri paltolar geyinərək tribunada yan-yana görüntülənib.

Böyük miqyaslı hərbi paradda atası ilə eyni üslubda geyinməsi və onunla yanaşı dayanması sosial şəbəkələrdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Yerli media bunu təsadüfi detal saymır və Kim Çen Inın qızını ictimaiyyətə planlı şəkildə təqdim etdiyini bildirirlər.

Cənubi Koreya kəşfiyyat orqanları daha əvvəl Kim Cueni Şimali Koreya liderinin ehtimal olunan varisi kimi qiymətləndirmişdi. Analitiklərin fikrincə, son görüntülər də bu ehtimalları gücləndirir və Pxenyan rəhbərliyində mümkün hakimiyyət varisliyi ssenarilərini yenidən gündəmə gətirir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
globalinfo.az

1Mənbələr