Rusiyada teleqram messenceri aprelin əvvəlində bloklana bilər.
Bu haqda “RBC” məlumat yayıb.
“Kremlə yaxın iki mənbə bunu yekun qərar adlandırır. Bloklamanın müzakirə edilən səbəbləri arasında son vaxtlar insanların, o cümlədən yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə cəlb edilməsi hallarının artmasını göstəriblər”, - nəşr yazır.
Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri naziri Maksut Şadayevin sözlərinə görə, hakimiyyət Xüsusi Hərbi Əməliyyatlar regionunda teleqramın fəaliyyətini məhdudlaşdırmağı planlaşdırmır.
"Cebheinfo.az"