Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı ardıcıl üçüncü ildir ki, zərər açıqlayıb.
Banco.azxəbər verir ki, ECB yaydığı bəyanatda 2025-ci ildə kəsirin 1,3 milyard avro (1,5 milyard dollar) təşkil etdiyini bildirib. Bank ötən il tarixində ən yüksək səviyyə hesab olunan 7,9 milyard avro məbləğində zərər açıqlamışdı.
Qurum həmçinin bu il və ya 2027-ci ildə yenidən mənfəətliliyə qayıtmağı gözlədiyini qeyd edib. Bununla belə, bu prosesin ECB-nin faiz dərəcələrinin və valyuta məzənnələrinin gələcək səviyyəsindən, eləcə də ECB-nin balans hesabatının həcmi və strukturundan asılı olacağı vurğulanıb.
ECB hər hansı zərərdən asılı olmayaraq fəaliyyətini effektiv şəkildə davam etdirə biləcəyini bir daha bəyan edib. Digər tərəfdən, bəzi siyasət müəyyənləşdirən şəxslər gələcək aktiv alışları zamanı daha ehtiyatlı yanaşmanın vacibliyini qeyd ediblər.
Açıqlamada bildirilir ki, 2025-ci ildə yaranan kəsir əvvəlki illərdə olduğu kimi gələcək mənfəətlər hesabına kompensasiya olunmaq üçün balansda saxlanılacaq. Bu səbəbdən milli mərkəzi banklara mənfəət bölgüsü həyata keçirilməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!