AZ

ABŞ və İran Cenevrədə danışıqları davam etdiriblər - YENİLƏNİB-2

İran və ABŞ nümayəndə heyətləri İsveçrədə bugünkü danışıqların ikinci mərhələsinə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Al Alam" telekanalı məlumat yayıb.

"Cenevrədə İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların üçüncü raundunun ikinci mərhələsi başlayıb", - məlumatda bildirilib.

Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında nüvə danışıqları başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar üç saat davam edib.

Eyni zamanda İranın "Mehr" agentliyi danışıqların bu gün daha sonra davam edəcəyini bildirib.

"Cenevrədə biz kreativ və pozitiv ideyalar mübadiləsi apardıq. İndi amerikalı və iranlı danışıqçılar fasiləyə çıxıblar. Biz onları bu gün daha sonra bərpa edəcəyik. Daha böyük irəliləyiş əldə etməyə ümid edirik", - Omanın xarici işlər naziri Bədr Əl-Busaidi bəyan edib.

Cenevrədə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə danışıqların üçüncü raundu başlayıb.

Bu barədə "Report" "Fars News"a istinadən xəbər verir.

ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir.

Qeyd edək ki, danışıqların birinci raundu fevralın 6-da Omanda, ikinci raundu isə fevralın 17-də Cenevrədə keçirilib.

Seçilən
12
50
far.az

10Mənbələr