Əfqanıstan hərbi hakimiyyəti bir neçə gün əvvəl Pakistanın hava hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endirməyə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Bildirilib ki, Pakistan qüvvələrinin Nəngərhar və Paktiya əyalətlərində həyata keçirdiyi son hava hücumlarından sonra cümə axşamı ağır toqquşmalar başlayıb.
***
Əfqanıstan qüvvələri Pakistanın səkkiz sərhəd məntəqəsini ələ keçirib.
TASS-ın məlumatına görə, Nənqərhar əyalətinin Qoşt rayonunda, eləcə də Kunar əyalətində müəyyən nöqtələr ələ keçirilib.