AZ

Braziliyada TƏBİİ FƏLAKƏT: Küçələrdə tabutlar “ÜZÜR” – VİDEO

Braziliyada sel tabutları küçələrə çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Braziliyanın Uba şəhərində baş verən güclü yağışlar qeyri-adi və qorxulu hadisəyə səbəb olub. Şiddətli sel suları şəhərdəki dəfn bürolarından birini basıb.

Nəticədə büronun anbarında olan tabutlar güclü su axını ilə birlikdə şəhərin küçələrinə yayılıb.

Sakinlər tərəfindən lentə alınan görüntülərdə onlarla tabutun suyun üzərində hərəkət etdiyi aydın görünür.

Hadisə şəhər sakinləri arasında böyük təşvişə səbəb olub. Hazırda fəlakətin fəsadlarının aradan qaldırılması üçün işlər davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr